Almaniyanın yaxın 10-15 il ərzində 350 milyard avroya ehtiyacı olacaq


"Rheinmetall"ın CEO-su Armin Papperger artıq razılaşdırılmış 100 milyard avro paketinin üstündə Bundesver üçün başqa bir xüsusi fond gözləyir.

AFN.az xəbər verir ki, bu barədə "Bild" yazır.

"Bizə ikinci xüsusi fond lazımdır" deyən Papperger hesab edir ki, bu baş verməsə, Almaniya, məsələn, NATO-nun tələblərini yerinə yetirə bilməyəcək. "Almaniyaya qarşıdakı 10-15 il ərzində plana uyğun olaraq Bundesveri gücləndirmək üçün 350 milyard avroya qədər vəsait lazımdır", - Papperger əlavə edib.

Onun sözlərinə görə, buna "Rheinmetall" böyük töhfə verə bilər.

Şirkət təkcə iri silah-sursat istehsalçısı deyil, həm də Ukraynaya daha 30 "Leopard" tankı tədarük edə bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu