İsveçrə "Leopard 2" tanklarının Almaniyaya satışını təsdiqləyib: Ukraynaya göndərilməməsi şərti ilə


İsveçrə parlamenti 25 "Leopard 2" tankının Almaniyaya yenidən satışını "Ukraynaya göndərilməmək" şərti ilə qəbul edib.


İsveçrə ordusu tankları istismardan çıxarmaq üçün alman istehsalçısı "Rheinmetall"a təhvil verəcək. Tankların hissələrinin ehtiyat hissələri kimi digər tanklarda istifadə olunacağı gözlənilir.

Almaniyanın Berndəki səfiri Maykl Flügger bildirib ki, Almaniya İsveçrədən çoxlu silah və hissələri satın alıb və onların bir qismini Ukraynaya keçirmək istəyir. "İsveçrə qanunlarının hazırda transferə icazə vermədiyini anlayırıq" - deyə səfir bildirib.

Bu qanunun dəyişməsini gözlədiklərini qeyd edən Flügger, dəyişiklik olmasa, gələcəkdə İsveçrədən silah və sursat alınmasının “çətindən qeyri-mümkünə çevriləcəyini” qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu