Ukraynada "Bayraktar" PUA istehsalı zavodunun tikintisinə başlanılıb


Ukraynada Türkiyənin "Baykar" şirkəti tərəfindən "Bayraktar" pilotsuz təyyarələrinin istehsalı zavodunun tikintisinə başlanılıb.


AFN.az xəbər verir ki, bu barədə Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin milli telemarafonun efirində bildirib.

"Bir neçə ildir Ukraynada müzakirə olunan Bayraktar zavodundan danışsaq, bu zavodda artıq tikinti işlərinə başlanılıb. Zavod təkcə memorandumlarla deyil, praktiki olaraq tikilməyə başladı" - deyə nazir bildirib.

Kamışin əlavə edib ki, söhbət Ukraynada istehsaldan gedir. O, hələlik müzakirəsi mümkün olmayan başqa şeylər də çıxaracaqlarına aydınlıq gətirib.

"Zavodda danışıqlar oldu, sonra dayanmalar, qalmaqallar oldu. Bu zavod tikilməyə başlayır, biz real addımlara keçmişik", - deyə nazir yekunlaşdırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu