KİV: ABŞ ordusu 155 mm-lik mərmi ehtiyatlarını artırmaq üçün 3,1 milyard dollar tələb edib


ABŞ Ordusu 155 mm-lik artilleriya mərmilərinin istehsalını genişləndirmək üçün Konqresdən 3,1 milyard dollar istəyib.


"Reuters" xəbər verir ki, bu barədə ordu katibinin satınalma, logistika və texnologiya üzrə köməkçisi Duqlas Buş bildirib.

"Maliyyələşdirmə istehsal xətlərini genişləndirəcək, Amerika iqtisadiyyatını gücləndirəcək və yeni iş yerləri yaradacaq", - deyə bildirib.

Buşun sözlərinə görə, bu məbləğin təxminən yarısının istehsal gücünün artırılmasına, qalan hissəsinin isə birbaşa döyüş sursatlarının alınmasına yönəldiləcəyi gözlənilir. O əlavə edib, ABŞ 155 mm-lik mərmilər istehsal etmək üçün Virciniya, Kaliforniya, Tennessi və Texas da daxil olmaqla bir sıra ştatlarda sənaye obyektlərini təkmilləşdirməyi və ya tikməyi planlaşdırır.

Nəşrin qeyd etdiyi kimi, ABŞ və müttəfiqləri Kiyevə müvafiq çaplı 2 milyondan çox mərmi verib. Bundan əlavə, Vaşinqton Yaxın Şərqdə münaqişənin kəskinləşməsi fonunda İsrailə hərbi yardımın çatdırılmasını təşkil edib. Belə şəraitdə Qərb ölkələri öz ehtiyacları üçün istifadə oluna biləcək sursat ehtiyatlarını tükəndiriblər. Bununla əlaqədar, ABŞ 2025-ci ilə qədər 155 mm-lik artilleriya mərmilərinin aylıq istehsalını 100 minə çatdırmağı planlaşdırır.

Buş qeyd edib ki, ABŞ icra hakimiyyəti başqa silahların istehsalına sponsorluq etmək istəyir, o cümlədən Patriot hava hücumundan müdafiə sistemlərinin illik istehsalını 550-dən 650-yə çatdırmaq istəyir. Rəsmi qeyd edib ki, tələb olunan vəsait ABŞ prezidenti Co Bayden administrasiyasının daha əvvəl Konqresdən tələb etdiyi maliyyə paketinin bir hissəsidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu