KİV: Rusiya "Abrams" və "Leopard" tanklarını məhv etmək üçün mərmi istehsalını artırıb


Rusiyada mərmi və raketin bir növ simbiozu olan, “Abrams” və “Leopard” tanklarını effektiv şəkildə məhv etməyə qadir olan idarə edilən artilleriya sursatlarının istehsalı bir neçə dəfə artırılıb.


AFN.az xəbər verir ki, bu haqda ölkə mediası hərbi dairələrdəki mənbəyə istinadən məlumat yayıb. Bildirilir ki, Rusiya yüksək dəqiqlikli 152 mm-lik Krasnopol idarəolunan artilleriya mərmilərinin istehsalını artırır. Bu sursatların buraxılması bir neçə dəfə artırılıb. “Xüsusilə, bu mərmilərdən Ukraynaya çatdırılmalı olan NATO-nun “Abrams” və “Leopard” tanklarının məhv edilməsi üçün uğurla istifadə oluna bilər”, - deyə mənbə bildirib.

Rusiyalı hərbçilərin fikrincə, bu, mərmi və raketin bir növ simbiozudur. Topçuların qənaətincə, mərmilər o qədər dəqiqdir ki, bir neçə kilometr məsafədən tankın lyukunu hədəf almaq mümkündür. Maksimum atəş məsafəsi 25 kilometr, nişanlanma xəttindən yayınma isə iki metri keçmir ki, bu da hədəfə birbaşa vurulmağı təmin edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu