ABŞ-ın Ukraynaya verəcəyi uran mərmiləri "Abrams" tanklarında istifadə olunacaq


ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) müdafiə yardımı çərçivəsində Ukraynaya verəcəyi seyrəldilmiş uran mərmilərinin "Abrams" tanklarında istifadə ediləcəyi açıqlanıb.


Pentaqonun bəyanatında deyilir ki, Ukraynaya 175 milyon dollarlıq müdafiə yardımına əlavə hava hücumundan müdafiə avadanlığı, artilleriya sursatları, tank əleyhinə silahlar, o cümlədən seyrəldilmiş uran mərmiləri və Ukraynaya Rusiyanın davam edən təcavüzünə qarşı durmağa kömək edəcək digər avadanlıqlar daxildir.

Seyrəldilmiş uran mərmilərinin ABŞ-ın Ukraynaya tədarük edəcəyi 31 M1 "Abrams" tankı üçün olduğu açıqlanıb.

ABŞ-da yerləşən RAND analitik mərkəzinin nüvə eksperti və siyasət tədqiqatçısı Edvard Geist bu güllələrin bəzi radioaktiv xüsusiyyətlərini saxladığını, lakin nüvə silahı kimi nüvə reaksiyası göstərmədiyini deyib.

Güllələrin kifayət qədər sıx və böyük sürətə sahib olduğunu bildirən Geist, zirehləri deşdiklərini və yüksək səviyyədə qızdıraraq alov almasına səbəb olduğunu deyib.

Bildirilir ki, belə mərmilər ABŞ tərəfindən soyuq müharibə illərində sovet tanklarını məhv etmək üçün hazırlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu