"Tesla" elektrik avtomobillərini qeyri-adi enerji ilə doldurmağa qarşı çıxdı


"Tesla" elektrik avtomobil sahiblərini avtomobillərini doldurmaq üçün yaş dəsmallardan istifadə etməməyə çağırıb.


Bu barədə "PCMag" yazır.

Bildirilir ki, "supercharger" stansiyalarındakı doldurma telinin bir hissəsi nəm parçaya bükülür və bu, qolu soyudaraq temperatur sensorlarını aldadır. Yüksək temperatur səbəbindən avtomatik enerji azaldılması olmadığı üçün bu, avtomobilin doldurulma müddətini azaldır.

Son vaxtlar bu üsul elektromobil sahibləri arasında populyarlıq qazanmağa başlayıb. “Supercharger" kabelinin tutacağına nəm parça qoymaq şarj sürətini artırmır və temperatur sensorlarına müdaxilə edərək, həddindən artıq istiləşmə və zədələnmə riski yaradır. Sistemlərimizin düzgün işləməsi və həqiqi enerji doldurma problemlərinin vaxtında aşkarlanması üçün lütfən bunu etməkdən çəkinin”, - deyə mesajda deyilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu