"Volkswagen" "Tesla" ilə danışıqlar aparır


"Volkswagen" "Tesla" ilə Şimali Amerika Doldurma Standartını (NACS) qəbul etmək üçün danışıqlar aparır.


AFN.az "Reuters"ə istinadən xəbər verir ki, şirkət texnologiyanı seçən bir sıra avtomobil və enerji doldurma avadanlığı istehsalçılarına qoşulur. Belə ki, "Ford", "General Motors" və "ChargePoint" son bir neçə həftə ərzində "Tesla"nın şarj layihəsinə imza atan şirkətlər arasındadır.

"Volkswagen" Qrupu və onun brendləri hazırda Şimali Amerikadakı müştəriləri üçün Şimali Amerika Tesla Doldurma Standartını (NACS) tətbiq etmək imkanlarını qiymətləndirirlər", - alman avtomobil istehsalçısının bəyanatında deyilir.

"Electrify America" şirkətin elektrik avtomobili doldurma şəbəkəsi bölməsi, ABŞ və Kanadada təxminən 4000 şarj cihazı ilə 850-dən çox doldurma stansiyasına malikdir.

NACS-ə keçid zamanı şirkət geniş istifadə olunan Kombinə Şarj Sistemi konnektorunu təklif etməyə davam edəcək. Öz növbəsində İsveçin elektromobil istehsalçısı "Polestar" bildirib ki, "Tesla" ilə şirkətin "Supercharger" şəbəkəsini ABŞ və Kanadadakı müştərilərinə təqdim etmək üçün müqavilə imzalayıb.

ABŞ Enerji Departamentinin məlumatına görə, "Tesla"nın "Supercharger" cihazı ABŞ-dakı sürətli şarj cihazlarının ümumi sayının təxminən 60%-ni təşkil edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu