"Volkswagen" naməlum sistem nasazlığına görə avtomobil istehsalını dayandırıb
Alman avtomobil istehsalçısı “Volkswagen”in kompüter sistemində böyük nasazlıq yaranıb və şirkət bir çox zavodlarda istehsalı dayandırmalı olub.
Almaniya Xəbər Agentliyinin (DPA) məlumatına görə, "Volkswagen"in Volfsburqdakı baş ofisində kompüter sistemi şəbəkəsində nasazlıq aşkar edilib.
Şəbəkə kəsilməsi bu gün günortadan etibarən davam edərkən, şirkətin Almaniyadakı 4 avtomobil fabrikində istehsal dayandırılıb.
Volfsburg, Emden, Zvickau və Osnabrück Kassel, Braunschveig və Salzgitterdəki ehtiyat hissələri fabrikləri də sözügedən kompüter sistemindəki nasazlıqdan təsirlənib.
Şirkət sözçüsü, sözügedən sistem nasazlığından "Volkswagen Qrupu"nun "Porsche" və "Audi" markalarının da təsirləndiyini və nasazlığın mənbəyini araşdırmaq üçün böhran masası yaradıldığını bildirib.
Mətbuat katibi kiberhücum ehtimalını istisna edib.
Alman iqtisadi qəzeti "Handelsblatt"ın xəbərində sözügedən nasazlığın təkcə Almaniya ilə məhdudlaşmadığı, Avropanın ən böyük avtomobil istehsalçısı "Volkswagen"in digər ölkələrdəki fabriklərinin də təsirləndiyi qeyd edilib.
Xəbərdə həmçinin, "Volkswagen" ofislərindəki kompüterlərdə e-poçt rabitəsi kimi mərkəzi proqramların işləmədiyi bildirilib.