"Volkswagen" "Golf" modelinin buraxılışından imtina etməyi planlaşdırır


Almaniyanın "Volkswagen" şirkəti "Golf" modelinin istehsalını dayandırmağı və əvəzinə yeni avtomobil təqdim etməyi planlaşdırır.


Bu barədə automobilwoche.de "Volkswagen"in minik avtomobilləri bölməsinin rəhbəri Tomas Şeferə istinadən məlumat yayıb. Top-menecerin sözlərinə görə, 2024-cü ildə indiki "Volkswagen Golf" yenilənəcək, 2028-ci ildə isə model brend xəttini tərk edərək mövcudluğunu dayandıracaq.

Qeyd olunur ki, "Golf" əvəzinə "Volkswagen" elektrik güc aqreqatı olan yeni model buraxmağı planlaşdırır. Onun hansı avtomobil olacağı sonra məlum olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu