Almaniya istehsalı olan minlərlə avtomobilin ABŞ-a girişi qadağan edilib


ABŞ-da gömrükçülər “Volkswagen” qrupuna aid minlərlə avtomobili ölkəyə buraxmayıblar. Buna icazə verilməməsinə səbəb avtomobillərin bir hissəsinin Uyğur Muxtar Vilayətində istehsal olunmasıdır.



Financial Times-da çıxan xəbərə görə yüzlərlə Audi, Porsche və Bentley markalı avtomobillər ölkəyə girişi qadağan edilən avtomobillər arasındadır.

Bütün bu lüks avtomobil markaları Volkswagen çətiri altında istehsal olunur.

Gömrük işçilərinin Almaniya istehsalı olan avtomobillərin ölkəyə buraxılmamasına səbəb avtomobillərin bir hissəsinin Çinin Uyğur Muxtar Bölgəsində istehsal olunmasıdır.

Parçanın məcburi əmək qanunlarını pozduğunu qiymətləndirən ABŞ səlahiyyətlilərinin bu səbəbdən ölkəyə girişə icazə vermədiyi bildirilib.

Məsələ ilə bağlı qəzetə danışan mənbələr Volkswagen-in hadisə səbəbindən planlaşdırılan tədarükləri təxirə saldığını və sözügedən hissənin bütün avtomobillərdə dəyişdirilməsi üçün çalışdığını bildirib.

Qəzet yazıb ki, bir çox avtomobillərdə ehtiyat hissələri dəyişdiriləcəyi üçün proses martın sonuna qədər uzana bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu