"Tesla" Almaniyadakı fabrikində istehsalı iki həftə dayandırıb
ABŞ-da yerləşən elektrikli avtomobil istehsalçısı "Tesla" Qırmızı dənizdə gəmilərə edilən hücumların tədarük zəncirinə təsir göstərməsi səbəbindən Berlindəki fabrikində istehsalı iki həftə dayandırmaq qərarına gəldiyini açıqlayıb.
Şirkətdən verilən açıqlamada bildirilir ki, Qırmızı dənizdəki silahlı qarşıdurmalar nəticəsində Ümid burnu üzərindən Avropa ilə Asiya arasındakı gəmiçilik marşrutlarının dəyişməsi tədarük zəncirinə təsir edir. Bu səbəbdən Almaniyadakı istehsala də mənfi təsirlər müşahidə olunur.
Uzadılmış daşınma müddətlərinin tədarük zəncirlərində boşluq yaratdığına diqqət çəkilən açıqlamada, "Yanvarın 29-dan fevralın 11-nə qədər bir neçə bölgə istisna olmaqla, Berlin-Brandenburqdakı Gigafactory-də çatışmayan komponentlər səbəbindən avtomobil istehsalını dayandırmaq məcburiyyətindəyik. Fevralın 12-dən etibarən istehsal tam olaraq davam edəcək” - deyə qeyd edilib.