Selena Qomez plastik əməliyyatla bağlı şayiələrə cavab verib


Amerikalı müğənni və aktrisa Selena Qomez plastik əməliyyatla bağlı şayiələrə cavab verib.


Plastik cərrahın köməkçisi işləyən Marissa Barrionuevo 2023-cü ildə TikTok-da məşhurun ​​görünüşündəki son dəyişiklikləri diqqət mərkəzinə gətirən bir video yayımlayıb. Öz növbəsində, Qomez mütəxəssisin fərziyyələrinə cavab vermək qərarına gəlib və yalnız inyeksiya prosedurlarına müraciət etdiyini söyləyib.

“Məndə botoks var. Hamısı budur. Məni rahat buraxın” - deyə ulduz sosial şəbəkə hesabında qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu