Anasını öldürüb, cəsədini itinə yedizdirdi


İspaniyanın paytaxt şəhəri Madriddə dəhşətli qətl hadisəsi baş verib.



Unikal.org xəbər verir ki, 26 yaşlı gənc oğlan anası ilə mübahisə yaşayıb. Buna qəzəblənən Qomez Alberto anasını küt alətlə ölüdürüb. Dəhşətlisi budur ki, oğul anasının bədənini parçalara ayırıb.

Daha sonra Qomez 66 yaşlı anasının parçalanmış cəsədini itinə yedizdirib. Bir müddət sonra mənzildən pis qoxunun gəlməsi ilə qonşular təmizlik işçilərinə xəbər veriblər. Onlar evə gələndə qorxunc mənzərə ilə qarşılaşıblar.

Bundan sonra gənc saxlanılaraq polis bölməsinə aparılıb. O, ilkin dindirilməsində anasının cəsədini yediyini və itinə də yedizdirdiyini etiraf edib. Qomez barəsində qətimkan tədbiri seçilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu