Mask ABŞ-ın Ukrayna ilə bağlı planını nəzərdən keçirmək istəyinə cavab verib
Amerikalı iş adamı İlon Mask ABŞ hökumətinin 2022-ci ildə təklif etdiyi Ukrayna münaqişəsinin həlli ilə bağlı sülh planını nəzərdən keçirmək istəyinə cavab verib.
O, X sosial şəbəkəsində bunun çoxlu itkilərin qarşısını almağa kömək edəcəyini söyləyib.
Mask indiki şəraitdə Ağ Evin milyarderin Ukrayna böhranını həll etmək təklifinə müraciət etmək istədiyini deyən sahibkar Devid Saksın yazısına belə cavab verib. “Elon keçən il öz sülh planını açıqlayanda Zelenski özü bunu “Rusiyayönlü” adlandırmışdı. İndi Bayden administrasiyası bu sövdələşməni etmək istəyir”, - deyə o yazıb.