ABŞ Türkiyəyə tarixi mübadilə üçün təşəkkür etdi


ABŞ prezidenti Co Bayden və xarici işlər naziri Entoni Blinken MİT-in idarə etdiyi tarixi mübadilə əməliyyatı ilə bağlı Türkiyəyə təşəkkür ediblər.


MİT Ankarada son dövrlərin ən əhatəli mübadilə əməliyyatını həyata keçirib və bu əməliyyatda 7 müxtəlif ölkənin həbsxanalarında 26 nəfərin qarşılıqlı mübadiləsi aparılıb. Mübadilə ABŞ-Rusiya-Almaniya arasında ən böyük girov mübadiləsi kimi tarixə düşüb.

ABŞ prezidenti Bayden tarixi mübadilə ilə bağlı açıqlama verib və Türkiyəyə təşəkkür edib.

“Çətin və mürəkkəb danışıqlarda yanımızda olan müttəfiqlərimiz Almaniya, Polşa, Sloveniya, Norveç və Türkiyəyə minnətdaram”, - deyə Bayden bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu