Ankarada “Azaflı" Sosial Yardım və Həmrəylik Dərnəyində tədbir keçirilib


Ankarada fəaliyyət göstərən “Azaflı" Sosial Yardım və Həmrəylik Dərnəyində tədbir keçirilib.


AFN.az xəbər verir ki, tədbir aparıcı Aytən Rehimovanın açılış nitqi ilə başlayıb.

Daha sonra dərnək başqanı, hüquqşünas Arzuman Azaflı tədbir iştirakçılarını salamlayıb, Qarabağla bağlı düşüncə və duyğularını bölüşüb.

Tədbirin əsas məruzəçisi, araşdırmaçı jurnalist, Qazi Universitetinin doktorantı Şəhla Aslan “Şuşanın dirçəlişi: Tarix, mədəniyyət və azadlıq” adlı məruzə ilə çıxış edib.

Ş.Aslan Qarabağın mədəniyyət paytaxtı olan Şuşanın Azərbaycan üçün əhəmiyyətindən hərtərəfli danışıb. O, Şuşanın işğala qədərki dövrü, işğaldan azad olunma prosesi və bu prosesdə baş verən mühüm hadisələr haqqında ətraflı məlumat verib.

Bundan əlavə, Şəhla Aslan Şuşada öz müşahidələrini və səyahət xatirələrini iştirakçılarla bölüşüb.

Məruzədən sonra Şuşanın işğaldan azad edilməsindən bəhs edən “Şuşa, sən Azadsan” adlı film nümayiş etdirilib. Bu film Şuşanın azadlıq mücadiləsini, qurtuluş prosesini əyani şəkildə çatdırmaqla iştirakçılara ətraflı məlumat verdi. Filmin nümayişi tamaşaçılara emosional anlar yaşadıb, Şuşanın işğaldan azad edilməsi prosesi haqqında mühüm məlumatlar verib.

Tədbirin sonunda dərnək rəhbərliyi tərəfindən Şəhla Aslana təşəkkürnamə təqdim edilib.

“Azaflı" Sosial Yardım və Həmrəylik Dərnəyinin rəhbəri, hüquqşünas Arzuman Azaflı bu cür tədbirlərlə Azərbaycanın mədəni irsini və tarixini təbliğ etməyə davam edəcəklərini bildirib.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu