Bakıda suyun verilməsinə başlanıb

Bakıda suyun verilməsinə başlanıb.
AFN.az-ın xəbərinə görə, İri Şəhərlərin Birləşmiş Su Təhcizatı xidmətindən bildirilib ki, Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan təmir-bərpa işlərindən sonra reqlamentə uyğun olaraq kəmərin su ilə doldurulmasi müvəffəqiyyətlə başa çatdırılır.
"Avqustun 24-ü səhər saatlarında şəhərin su təhcizatı şəbəkəsinin əvvəlki rejimdə işləməsi təmin ediləcəkdir" - deyə xidmətin açıqlamasında qeyd edilib.