"Microsoft" bəzi paketlərini ruslar üçün bağlayıb


"Microsoft" Korporasiyası ruslar üçün bəzi bulud paketlərini deaktiv etməyə başlayıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu qərar "Office 365", "Microsoft 365" və "Teams"a aiddir. Mövzu ilə bağlı açıqlamanı "Softline Group" verib. Bildirilir ki, "Microsoft" sentyabrın 2-də bloklamaya başlayıb.

“Biz bulud xidmətlərinin bağlanmasının başlaması haqqında məlumat almağa başladıq. Mövcud məlumatlara görə, bəzi müştərilərimiz üçün M365, O365, EMS-ə təsir edən abunəlik statusu dəyişdi istifadəçilər üçün əlçatan deyil”, – şirkətdən bildiriblər.

"Softline" "Microsoft"un tərəfdaşıdır, bu şirkətin nümayəndələri əvvəllər Amerika korporasiyası tərəfindən yeni məhdudlaşdırıcı tədbirlər haqqında məlumat vermişdilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu