“Microsoft” şirkəti Rusiyada müştəri lisenziyalarının uzadılmasını dayandıracaq


Sentyabrın 30-dan sonra "Microsoft" Rusiya şirkətləri üçün lisenziyaların yenilənməsini dayandıracaq.


Bu, avqustun 9-da "TelecomDaily" informasiya və analitik agentliyinin Telegram kanalında dərc edilmiş "Microsoft" Onlayn Xidmətlərinə texniki dəstək məktubunda göstərilib.

"Microsoft" artıq Rusiyada "Microsoft" xidmətləri üçün ödəniş üsulu kimi yerli bank hesabına bank köçürmələri ilə ödənişləri qəbul edə bilməz", - "İzvestiya"nın məlumatında deyilir.

Sənəddə deyilir ki, 30 sentyabr 2023-cü il tarixinə olan bütün aktiv abunəliklər qalan müddətləri üçün etibarlı olacaq, lakin onlar yenilənə bilməyəcəklər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu