"Haber Global" 6 yaşında


"Haber Global" 6 yaşını təcrübəli jurnalist heyəti və sürətlə böyüyən brendləri ilə qeyd edir.



24 sentyabr 2018-ci il tarixində "Türkiyənin Azad Səsi" şüarı ilə yayım həyatına başlayan "Haber Global" 6 ildə jurnalistikanın yeni ünvanı olub. Türkiyənin və dünyanın önə çıxan xəbərlərinin bilinməyən tərəflərini işıqlandıran, fərq yaradan məlumatlara yer verən "HaberGlobal.com.tr" və İnstaqramda sürətlə yüksələn "Haber Global Web" xüsusi məzmunları ilə diqqət çəkir və istinad edilir.

İdman dünyasındakı son yenilikləri və xüsusi xəbərləri özündə əks etdirən "Kontraspor.com" və idman yayımında yeni üfüq açan təcrübəli idman şərhçilərinin görüşdüyü "KontraSpor" Youtube kanalı qısa zamanda 330 min izləyici qazanıb. "Haber Global" alternativ rəqəmsal məzmun markaları, sosial mediada sürətlə yüksələn və hər mövzuda orijinal və yaxşı məzmun istehsal edən GLOOB, mətbəx və qida dünyasının sosial ünvanı Foodeyo, müdafiə sənayesi, beynəlxalq siyasət və kəşfiyyatı paylaşan Baroot və davamlı olaraq musiqi və kino dünyasının ən yeni və dəyişməz klassiklərinin nəbzini tutan Moodlog ilə yayımını davam etdirir.

"Haber Global"ın təcrübəli redaksiya heyəti tərəfindən hazırlanan xəbər seqmentlərində bütün aktual hadisələr canlı yayımlarla tamaşaçılara təqdim olunur. Xəbər haradadırsa “Haber Global” ordan xəbər verir. "Haber Global" müxbirləri Fələstindən İngiltərəyə, Ukraynaya, Amerikadan Azərbaycana kimi dünyanın hər yerindən xəbərləri canlı yayımlayır.

Xüsusilə, 44 gün davam edən Vətən müharibəsində və keçən il baş tutan antiterror əməliyyatı zamanı Azərbaycana tam dəstək verən telekanal Türkiyə ilə yanaşı Azərbaycan tamaşaçılarının da rəğbətini qazanıb.

AFN.az komandası olaraq "Haber Global"da fəaliyyət göstərən həmkarlarımıza uğurlar diləyir, gələcəkdə daha böyük nailiyyətlər arzu edirik!



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu