Avropa Liqası: "Qarabağ" bu gün "Tottenhem"lə qarşılaşacaq


"Qarabağ" bu gün UEFA Avropa Liqasında İngiltərənin "Tottenhem" klubu ilə üz-üzə gələcək.


Liqa mərhələsinin I turunun matçı Londonda keçiriləcək.

"Tottenhem Hotspur" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü fransalı FIFA referisi Villi Delajo idarə edəcək.

Qeyd edək ki, Azərbaycan çempionu oktyabrın 3-də Bakıda İsveçin "Malmö" kollektivini qəbul edəcək. "Tottenhem" isə Macarıstanda "Ferentsvaroş"un qonağı olacaq.

Avropa Liqası
Liqa mərhələsi
I tur

26 sentyabr
23.00 Tottenhem (İngiltərə) - Qarabağ (Azərbaycan)
Baş hakim: Villi Delajo (Fransa).
London, "Tottenhem Hotspur" stadionu.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu