"Qarabağ"ın Avropa Liqasında düşəcəyi səbətlər bəlli oldu
"Qarabağ"ın UEFA Avropa Liqasının püşkatma mərasimində yer ala biləcəyi səbətlər bəlli olub.
Azərbaycan çempionu 2-ci və ya 3-cü səbətdə qərarlaşacaq.
Hazırda turnirdə iştirak edəcək 24 kollektiv dəqiqləşib. Digər 12 komandanın adına isə bu gün keçiriləcək pley-off mərhələsinin cavab qarşılaşmalarından sonra aydınlıq gələcək.
Yarışda iştirakı dəqiqləşən klubların səbətləri:
Birinci səbət: "Roma", "Latsio" (hər ikisi İtaliya), "Mançester Yunayted", "Tottenhem" (hər ikisi İngiltərə), "Ayntraxt" (Almaniya), "Portu" (Portuqaliya), "Reyncers" (Şotlandiya), "Slaviya" (Çexiya).
Birinci və ya ikinci səbət: "Real Sosyedad" (İspaniya).
İkinci səbət: AZ (Alkmaar, Niderland), "Lion" (Fransa), "Fənərbağça" (Türkiyə), "Olimpiakos" (Yunanıstan).
İkinci və ya üçüncü səbət: "Qarabağ" (Azərbaycan), "Qalatasaray" (Türkiyə), "Budyo Qlimt" (Norveç), "Yunion" (Belçika), "Dinamo" (Kiyev, Ukrayna).
Üçüncü və ya dördüncü səbət: "Midtyullann" (Danimarka), "Malmö" (İsveç), "Atletik" (Bilbao, İspaniya), "Hoffenhaym" (Almaniya), "Nitsa" (Fransa), "Tvente" (Niderland).
Qeyd edək ki, UEFA Avropa Liqasında Liqa mərhələsinin püşkü avqustun 30-da atılacaq. Tədbir Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.//Report.az