ABŞ Rusiya kəşfiyyatının istifadə etdiyi onlarla domeni müsadirə edib


Amerika Rusiya kəşfiyyat agentləri tərəfindən istifadə edildiyi iddia edilən onlarla internet domenini müsadirə edib.


Bu barədə ABŞ Ədliyyə Nazirliyinin bəyanatında deyilir.

Bildirilir ki, Ədliyyə Nazirliyi FSB-də işlədiyi iddia edilən "Callisto" haker qrupu ilə əlaqəli 41 domeni müsadirə edib, eyni zamanda eyni şəxslərin istifadə etdiyi daha 66 domenin müsadirə edilməsində "Microsoft" korporasiyasına yardım edib.

ABŞ Baş prokurorunun müavini Liza Monako qeyd edib ki, Rusiya hakimiyyəti bu domenlərdən amerikalıların məxfi məlumatlarını oğurlamaq üçün istifadə edib. ABŞ Ədliyyə Departamenti açıqlamasında bildirib ki, hakerlər ABŞ hökuməti ilə əlaqəli kompüter və hesablardan icazəsiz giriş əldə etmək və məlumatları oğurlamaq üçün fişinq sxemindən istifadə ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu