Rusiyanın 20 illik casus proqram şəbəkəsi çökdü


ABŞ Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinə (FSB) aid olan və 20 illik tarixi olan zərərli proqram şəbəkəsinin sındırıldığını açıqlayıb.


AFN.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinə (FSB) aid olduğu bilinən 20 illik zərərli proqram şəbəkəsinin sındırıldığını açıqlayıb.

Açıqlamada bildirilir ki, MEDUSA əməliyyatı ilə FTB və Nyu-Yorkun Şərq Bölgəsi üzrə Baş Prokurorluğu FSB-nin ən əhəmiyyətli zərərli kibercasus proqram implantatını zərərsizləşdirib.

Açıqlamada Rusiyanın 2004-cü ildən bəri 50 ölkədə virusa yoluxmuş yüzlərlə kompüterdən həssas məlumat əldə etmək üçün istifadə etdiyi "İlan" adlı qabaqcıl proqram şəbəkəsinin FTB tərəfindən zərərsizləşdirildiyi bildirilib.

Baş prokurorun müavini Metyu Q. Olsen verdiyi açıqlamada, “Ədliyyə Departamenti Rusiyanın zərərli kiber fəaliyyətinə qarşı mübarizə aparmaq, yüksək texnologiyalı əməliyyatlar vasitəsilə zərərli proqramları zərərsizləşdirmək, hüquq-mühafizə orqanlarından istifadə etmək və birgə təsirimizi artırmaq üçün beynəlxalq müttəfiqlər və özəl sektor tərəfdaşları ilə işləyir. O, bizim arsenalımızdakı bütün silahlardan istifadə edir".

Məlumata görə, FTB-nin MEDUSA əməliyyatı “Kreml tərəfindən dəstəklənən” hakerlər tərəfindən “Perseus” adlı rəqəmsal alət sayəsində həyata keçirilib və bu proqramın funksionallığını özünə qarşı çevirərək proqramı özünü məhv etməyə məcbur edib.

Səlahiyyətlilər zərərli proqramın Rusiya kəşfiyyat qüvvələri tərəfindən "faktiki olaraq aşkar edilməyən magistral" rolunu oynaması, NATO üzvü olan hökumətlərin, jurnalistlərin və maliyyə və texnologiya sektorlarına aid kompüterlərin məlumatlarını oğurlayaraq başqa platformaya ötürülməsi ilə bağlı məlumat paylaşıb.

Qeyd edilib ki, MEDUSA əməliyyatı sayəsində zərərli proqramların yayılması üçün istifadə edilən "əhəmiyyətli sayda virtual infrastruktur" sıradan çıxarılıb və bu, sözügedən proqram təminatının təkrar istifadəsini çox çətinləşdirəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu