Britaniya "Evil Corp" qrupunun 16 hakerinə qarşı sanksiya tətbiq edib


Böyük Britaniya hökuməti Londonun Rusiya Federasiyası ilə əlaqəli olan "Evil Corp" haker qrupunun 16 üzvünə qarşı sanksiya tətbiq edib.


Bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Məhdudiyyətlər ölkəyə girişin qadağan edilməsini və aktivlər aşkar edilərsə, onların dondurulmasını nəzərdə tutur. Xüsusilə "Evil Corp"un lideri Maksim Yakubetsə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edilib. Artem Yakubets, Viktor Yakubets, İqor Turaşev, Aleksandr Rıjenkov, Sergey Rıjenkov, Eduard Benderski, Dmitri Smirnov, Dmitri Slobodskoy, Kirill Slobodskoy, Denis Qusev, İvan Tuçkov, Andrey Plotnitski, Aleksey Şetinin, Beyat Ramazanovdinqonun tabeliyində olublar.

Xarici İşlər Nazirliyinin bəyanatında qrupun Böyük Britaniyanın dövlət sektoruna, o cümlədən dövlət qurumlarına və tibb müəssisələrinə və fidyə proqramından istifadə edərək özəl texnologiya şirkətlərinə qarşı kiberhücumlar həyata keçirdiyi iddia edilir. Britaniya səlahiyyətlilərinə görə, hakerlər bu yolla yüz milyonlarla dollar qazanıblar. Krallığın Xarici İşlər Nazirliyi hesab edir ki, "Evil Corp" qrupu on il ərzində bütün dünyada dağıdıcı kiberhücumlarda iştirak edib.

Böyük Britaniya Xarici İşlər Nazirliyi qeyd edib ki, məhdudiyyətlər ABŞ və Avstraliyadakı tərəfdaşlarla əlaqələndirilmiş hərəkətlər çərçivəsində tətbiq edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu