BMT: Haitini tərk etmirik


Birləşmiş Millətlər Təşkilatı təhlükəsizlik vəziyyətinin pisləşməsinə baxmayaraq Haitini tərk etmədiklərini və kritik vəzifələrini yerinə yetirməyə davam edəcəklərini açıqlayıb.



Birləşmiş Millətlər Təşkilatının (BMT) sözçünün müavini Fərhan Haq gündəlik mətbuat konfransında Haitidəki əməliyyatlarla bağlı məlumat verib.

BMT-nin əməliyyatlarında bəzi düzəlişlər etdiyini qeyd edən Haq, Haiti xalqına dəstəyin davam edəcəyini bildirib.

BMT əməkdaşları və missiyasının Haitinin paytaxtında və digər şəhərlərdə kritik vəzifələrini davam etdirdiklərini qeyd edən Haq, yerli hakimiyyət orqanlarına da siyasi dəstək verməyə davam etdiklərini bildirib.

BMT-nin Haitidəki İnteqrasiya Ofisinin məlumatına görə, 2024-cü ilin əvvəlindən bu yana silahlı dəstələrin hücumları nəticəsində 3900 nəfər həlak olub ki, bunun da 1374-ü son 6 ayda baş verib.

Uzun illərdir siyasi, iqtisadi və təhlükəsizlik böhranları kimi fundamental problemlərlə mübarizə aparan Haiti 11 milyonu keçən əhalisi ilə aclıq təhlükəsi ilə üz-üzədir.

Silahlı dəstələrin paytaxt Port-au Prinsin 80 faizinə nəzarət etdiyi ölkədə zorakılıq gündən-günə artır.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu