TASS: NATO XİN rəhbərləri "Oreşnik"dən istifadəni müzakirə edəcəklər
Brüsseldə ilin son iclasında NATO xarici işlər nazirləri Rusiyanın orta mənzilli “Oreşnik” ballistik raketindən istifadə etməsi, onun Ukrayna münaqişəsi üçün nəticələri, Kiyevə silah tədarükü və Avro-Atlantik təhlükəsizliyi müzakirə edəcəklər.
AFN.az-ın xəbərinə görə, bu barədə TASS-a Brüsseldəki diplomatik mənbə məlumat verib.
“Nazirlər, şübhəsiz ki, həm Ukraynaya dəstək, həm də hava hücumundan müdafiə sistemləri ilə təchizat baxımından, həm də ittifaq ölkələrinin təhlükəsizliyinə təhdidlər kontekstində Rusiyanın yeni orta mənzilli ballistik raketdən istifadə etməsi mövzusunu müzakirə edəcəklər” - deyə mənbə bildirib.
NATO-nun mənzil-qərargahı məsələ ilə bağlı heç bir rəsmi şərh yaymayıb.