İsrail Qəzzada döyüşlərin dayandırılması ilə bağlı xəbərləri təkzib edir


Girovların siyahısı müqabilində Qəzza zolağında bir neçə həftə ərzində hərbi əməliyyatların dayandırılması ilə bağlı mətbuatda dərc olunan məlumat həqiqətə uyğun deyil və HƏMAS hərəkatının psixoloji müharibəsinin bir hissəsidir.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu bəyanatla İsrailin baş naziri Binyamin Netanyahunun ofisi çıxış edib.

“Ərəb mediasında girovların siyahısı müqabilində bir neçə həftə ərzində hərbi əməliyyatların dayandırılması ilə bağlı xəbərlər tamamilə yalandır və HƏMAS-ın girovların ailələrinə və İsrail vətəndaşlarına qarşı aparmağa çalışdığı psixoloji müharibənin bir hissəsidir. İsrail bütün girovları evlərinə qaytarmaq üçün fəaliyyətini davam etdirəcək” - deyə bəyanatda bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu