Girovların azad edilməsi üçün aparılan danışıqlarda irəliləyiş var - Netanyahu

İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında radikallar tərəfindən saxlanılan girovların azad edilməsi ilə bağlı danışıqlarda irəliləyiş olduğunu bildirib.
Knessetin (İsrail parlamenti) tribunasında çıxış edən Netanyahu qeyd edib ki, irəliləyiş üç səbəblə bağlıdır. Bura radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın sıradan çıxarılması, Livanın şiə hərəkatı “Hizbullah”a hücumlar, habelə Qəzza zolağında HƏMAS-a hərbi təzyiqlər daxildir.
"Bütün girovları evlərinə qaytarana qədər möhlət vermədən hərəkətə davam edəcəyik" - deyə Netanyahu qeyd edib.
İsrail tərəfinin son məlumatına görə, radikallar Qəzzada hələ də 100 nəfəri girov saxlayır.