İran: Casusluqda ittiham olunaraq saxlanılan İsveçrə vətəndaşı intihar edib


İranda casusluq ittihamı ilə saxlanılan“İsveçrə vətəndaşının Simanan əyalətindəki təcridxanada intihar etdiyi bildirilir.



İran Ədliyyəsinə yaxınlığı ilə tanınan Mizan Onlayn Xəbər Agentliyinin məlumatına görə, Simnan vilayətinin Ədliyyə İdarəsinin rəisi Məhəmməd Sadiq Əkbəri məsələ ilə bağlı açıqlama verib.

Ekberi bildirib ki, casusluq ittihamı ilə saxlanılan İsveçrə vətəndaşı bu gün səhər saatlarında Simnan həbsxanasındakı təcridxanada intihar edib.

İsveçrə vətəndaşının casusluq cinayətinə görə təhlükəsizlik orqanları tərəfindən saxlanıldığını bildirən Ekberi bununla bağlı sənəd və dəlillərin olduğunu və onun dosyesinin araşdırıldığını deyib.

Ekberi sözügedən İsveçrə vətəndaşının Simnan Həbsxanasında başqa bir şəxslə birlikdə saxlanıldığını və səhər saatlarında kamera yoldaşından ona yemək almasını istədiyini bildirib.

İran rəsmisi məhbusun kamerada tək qaldığı vaxtdan istifadə edərək intihar etdiyini bildirib.

Ekberi həbsxana rəsmilərinin"İsveçrə vətəndaşını xilas etmək üçün dərhal müdaxilə etdiyini, lakin səylərin uğursuz olduğunu söyləyib.

Rəsmi məhbusun tapıldığı cinayət yeri ilə bağlı bütün dəlil və sənədlərin araşdırıldığını və onlara görə hadisənin açıq şəkildə intihar olduğunu bildirib.

Sözügedən İsveçrə vətəndaşının adı və nə vaxt saxlanıldığı barədə məlumat paylaşılmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu