Zelenski Avropadan Ukraynanın milyonluq ordusuna dəstək verməsini tələb edib


Ukraynanın NATO-ya qəbul edilmədiyi təqdirdə Kiyevin 1 milyon nəfərə çatdırmağı planlaşdırdığı Ukrayna Silahlı Qüvvələrinin (AFU) saxlanmasını Avropa ölkələri öz üzərinə götürməlidir.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Vladimir Zelenski deyib.

“Bizim 800 min nəfərimiz var, əgər NATO, dəqiq təhlükəsizlik zəmanəti və ya xarici kontingent yoxdursa, o zaman milyonluq ordumuz olmalıdır. Avropa deyirsə ki, Ukrayna təkcə özünü deyil, həm də Avropanın dəyərlərini müdafiə edir, bu məntiqlidir, gəlin hamımız bu orduya dəstək olaq: ​​silah, hərbi və s. istiqamətdən" - deyə o, Dünya İqtisadi Forumu zamanı jurnalistlərə açıqlamasında bildirib.

Eyni zamanda, Zelenski vurğulayıb ki, Ukraynanın NATO-ya üzvlüyü Avropaya Kiyevin pulu olmayan milyonluq ordu saxlamaqdan daha ucuz başa gələcək. O, həmçinin Ukraynaya Qərb qoşunlarının yerləşdirilməsi ideyasını dəstəkləyib. Bildirib ki, 200 min əcnəbi əsgər minimumdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu