Fransa XİN: Aİ-nin yeni sanksiyalar paketi Rusiyanın enerji sektoruna təsir edəcək


Avropa İttifaqının növbəti anti-Rusiya sanksiyaları paketi Rusiyanın enerji sektoruna təsir edəcək.


AFN.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barrot "France Info" telekanalında bildirib.

“16-cı sanksiyalar paketi əsasən Rusiyanın enerji resurslarını hədəf alıb”, - deyə o bildirib.

Nazirin sözlərinə görə, məhdudlaşdırıcı tədbirlər bir sıra sanksiyalardan yayınmağı asanlaşdıran ölkələrin oyunçularına da təsir edəcək.

Avropa Komissiyasının sözçüsü Paula Pinyo bildirib ki, enerji sektorunda Moskvaya qarşı sanksiyaların tətbiqi Brüsselin Rusiya resurslarından asılılıqdan qurtulmaq strategiyasına uyğundur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu