Anasının işgəncə verdiyi azyaşlının qəyyumu var imiş... - VİDEO

Xəbər verdiyimiz kimi, anası tərəfindən ağır fiziki zorakılığa məruz qalan azyaşlı M.R. valideynindən alınıb.
AFN.az-ın "Xəzər" TV-yə istinadən məlumatına görə, azyaşlıya körpəlikdən qəyyumluq edən ailənin olduğu məlum olub.
Məlumata görə, Cəmilə Nəsirova adlı qadın ailəsi ilə birgə körpəyə 1 yaş 4 aylığından qəyyumluq edir.
Cəmilə xanımın sözlərinə görə, gözəllik salonlarından birində çalışan ustadan eşidib ki, Fatimə Ramazanova övladına baxmaq üçün ailə axtarır.
Qadın deyir ki, F.Ramazanova öz övladını Nəsirovlar ailəsinə təhvil verərək ailəyə qəyyumluq verəcəyini vəd edib. Lakin 2024-cü ilin dekabrında yenidən uşağı ailədən alıb və ona işgəncə verib.
Fotoda Fatimə Ramazanova
Daha ətraflı vidematerialı təqdim edirik: