AB onlayn görüşlərdə AI-əsaslı proqram təminatının İstifadəsini qadağan edir

Avropa Komissiyası biznes və istehlakçılar üçün getdikcə populyarlaşan ünsiyyət vasitəsinə çevrilən süni intellekt (AI) ilə işləyən virtual köməkçilərin onlayn görüşlərdə istifadəsinə qadağa qoyub.
AFN.az xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.
Nəşr iddia edir ki, iclasdan əvvəl ekranlarda görünən slaydda "AI agentlərinin istifadəsinə icazə verilmir" - deyə qeyd edilir. AK bu qaydanı keçən həftə ilk dəfə tətbiq etdiyini etiraf edib, lakin qərarın qəbul edilməsinin səbəbləri barədə ətraflı məlumat verməkdən imtina edib.
Qəzet Brüsselin süni intellekt agentlərinin gündəlik həyatda və biznesdə istifadə ediləcəyi dövrə hazırlaşmağa artıq başladığını nəzərə alaraq, Aİ-nin icraedici orqanının bu addımını gözlənilməz və qəribə adlandırır.
"AI agentləri virtual mühitləri dərk etmək və onlarla qarşılıqlı əlaqədə olmaq üçün nəzərdə tutulmuş proqramlardır. Süni intellekt agentləri avtonom şəkildə işləyə bilərlər, lakin onların işi əvvəlcədən müəyyən edilmiş qaydalarla tənzimlənir" - deyə sənəddə qeyd edilir.