Makron həyat yoldaşının şilləsini "zarafatlaşmaq" adlandırdı

Fransa prezidenti Emmanuel Makron həyat yoldaşı Bricitdən "yediyi" şillənin izahını verib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, o, bunun sadəcə zarafat olduğunu deyib.
"Həyat yoldaşım və mən onunla tez-tez etdiyimiz kimi, sadəcə zarafatlaşırdıq, başqa heç nə yoxdu" - deyə Makron bildirib. Onun açıqlaması Yelisey Sarayının X səhifəsində yayılıb.
Makronun sözlərinə görə, onu təəccübləndirən odur ki, bu video “planetar miqyaslı bir fəlakətə çevrilib və ətrafında hətta nəzəriyyələr də qururlar.”
Makron Almaniyanın kansleri Fridrix Mers və Böyük Britaniyanın Baş naziri Key Starmer ilə birlikdə Kiyevə gedərkən qatardakı görüntülərinin yayılmasını xatırladıb. Qeyd edək ki, həmin videoda onun stol üzərindən narkotik olan paketi götürdüyü görüntüsü vardı.
Fransa lideri sadəcə bir salfet götürdüyünü bildirib və bütün bu video interpretasiyalarının ciddi olmadığını deyib. “Bir çox insanlar vaxtlarını bu videolara izah tapmaqla boş yerə sərf edir,” — deyə Makron əlavə edib.