Pakistan 2025-2026 üçün müdafiə büdcəsini 20 faiz artırır

Pakistan Hindistanla gərginlik fonunda müdafiə büdcəsini 20 faiz artırıb
AFN.az yerli mediaya istinadən xəbər verir ki, Hindistanla gərginlik yüksəldikdən sonra Pakistanda 2025-2026-cı illər üçün 62,4 milyard dollarlıq maliyyə büdcəsində müdafiə xərcləri üçün ayrılan büdcə 20 faiz artırılıb.
Pakistanın 62,4 milyard dollarlıq 2025-2026-cı il maliyyə büdcəsi təklifi paytaxt İslamabadda Milli Assambleyaya təqdim edilib.
Müdafiə xərcləri üçün ayrılan büdcə əvvəlki dövrlə müqayisədə təxminən 20 faiz artırılaraq 9 milyard dollar olaraq təyin olundu.
62,4 milyard dollarlıq büdcə əvvəlki dövrlə müqayisədə 6,9 faiz azalıb.
2025-2026-cı illərin maliyyə büdcəsində vergi yığımı hədəfi 49,6 milyard dollar təşkil edib.