FIFA-dan 2 milyard dolları keçən rekord investisiya


FİFA Şurası 2023-2026-cı illərdə futbolun inkişafına ayrılan 2,25 milyard dollarlıq rekord investisiyanı və 2023-cü il üzrə İllik Hesabatı yekdilliklə təsdiqləyib.



FİFA-nın verdiyi açıqlamada 2016-cı ildən əvvəl qüvvədə olan proqramlarla müqayisədə futbolun inkişafı üçün qoyulan investisiyalarda 7 dəfə artım olduğu qeyd edilib.

FİFA prezidenti Canni İnfantino İsveçrənin Sürix şəhərində keçirilən onlayn iclasdan sonra verdiyi açıqlamada, "Sağlam maliyyə idarəçiliyi sayəsində FIFA 2023-2026-cı illər üçün 11 milyard dollarlıq büdcə hədəfini aşmaq yolundadır. Bu o deməkdir ki, 211 üzv federasiyamıza inkişaf və təhsil layihələri təqdim edəcəyik və məqsədlərinə çatmaq, futbolu ən yüksək səviyyəyə çıxarmaq üçün daha çox xidmət göstərə biləcəyik" deyə qeyd edib.

Hesabatda FİFA-nın 2023-2026-cı illər dövrünün ilk ilində 1,17 milyard dollar gəlir əldə etdiyi, bu gəlirin 23 faizini yayım, 39 faizini marketinq, 15 faizini lisenziya hüququ, 7 faizini hostinq hüququ və biletlər təşkil etdiyi qeyd edilib. Gəlirin 16 faizini isə digər hissələrdən ibarət olduğu bildirilib.

Hesabatda 2016-2022-ci illər arasında FİFA-ya üzv olan 211 assosiasiya, 6 konfederasiya və müxtəlif regional birliklərə təxminən 2,8 milyard dollar dəstək verildiyi vurğulanıb və 1600-dən çox xüsusi layihənin inkişafına uzunmüddətli təsir göstərdiyi məlumatı paylaşılıb.

Mənbə:AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu