FİFA klublara 209 milyon dollar yardım etdi


FİFA 2022-ci ildə Qətərin ev sahibliyi edəcəyi dünya çempionatına futbolçu göndərən klublara 209 milyon dollar ödəyib.


“Klub Qrantları Proqramı” çərçivəsində FIFA altı konfederasiyadan olan 440 kluba, ümumilikdə 837 oyunçuya, bir klubun oyunçusunun turnirdə keçirdiyi günlərin sayına və dünya çempionatı başlamazdan əvvəl bir həftəlik rəsmi hazırlıq dövrünə görə 209 milyon dollar ödəyib.

Ödəniş edilən klublardan 78-i ikinci, 13-ü üçüncü, 5-i dördüncü, biri isə beşinci dərəcəli liqalarda çıxış edir.

Klublar 2010-cu il dünya çempionatından bəri FİFA-dan yardım alırlar. Ödənişlər matçlarda oynayıb-oynamamasından asılı olmayaraq bütün oyunçular üçün edilir. FİFA hər gün üçün 10950 dollar ödəyir.

FİFA 2026 və 2030-cu il dünya çempionatları proqramı çərçivəsində klublara 355 milyon dollar yardım edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu