FİFA prezidenti Canni İnfantino Türkiyə və Suriyaya başsağlığı verib


FİFA prezidenti Canni İnfantino Türkiyədəki zəlzələlərdə həyatını itirən vətəndaşlarla bağlı başsağlığı verib.


AFN.az xəbər verir ki, Canni İnfantino Kahramanmaraşda baş verən və ətraf əyalətlərdə də dağıntılara səbəb olan zəlzələlərdə zərər çəkən vətəndaşlar üçün başsağlığı mesajı verib. FİFA-nın sosial media hesabından açıqlama verən İnfantino, futbol ictimaiyyəti adından Türkiyə və Suriyada baş verən zəlzələlərdə həyatını itirənlərin ailələrinə başsağlığı verərək, "Onlar üçün dua edirik. İki ölkə xalqları ilə həmrəylik və onlara dəstəyimiz sonsuzdur" - deyə bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu