İnfantino bütün ölkələrdə Pelenin adına stadion olmasını xahiş edib
FİFA prezidenti Canni İnfantino bütün dünya ölkələrini stadionlara Pelenin şərəfinə ad verməyə çağırıb.
O, əfsanəvi braziliyalı futbolçu ilə “Santos”un stadionunda keçirilən vida mərasimində iştirak edib.
“Mən ziddiyyətli emosiyalar yaşayıram. Bu, çox kədərlidir, amma eyni zamanda gülümsəyirəm, çünki Pele bizə çoxlu sevinc bəxş edib. Biz kralın xatirəsini ehtiramla yad edəcəyik. Bütün dünya ölkələrindən oyunlardan əvvəl bir dəqiqəlik sükut təşkil etmələrini xahiş edirik.
Bundan əlavə, biz dünyanın bütün ölkələrindən xahiş edirik ki, heç olmasa bir stadiona Pelenin adını versinlər ki, uşaqlar onu xatırlamağın nə qədər vacib olduğunu bilsinlər”, - İnfantino bildirib.
Qeyd edək ki, üçqat dünya çempionu dekabrın 29-da 82 yaşında dünyasını dəyişib.
Mənbə: sports.ru