Dünya futbolunun əfsanəsi Pele vəfat edib


Uzun müddət xərçəng xəstəliyindən müalicə alan və bir müddət əvvəl xəstəxanaya yerləşdirilən Braziliya və dünya futbolunun əfsanəsi Pele 82 yaşında vəfat edib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, Pele San-Pauludakı Albert Eynşteyn xəstəxanasında vəfat edib. Pelenin qızı Kely Nascimento "İnstagram" hesabında "Hər şey sənin sayəndədir. Biz səni sonsuz sevirik. Rahat yat" sözləri ilə kədərli xəbəri açıqlayıb.

Əsl adı Edson Arantes do Nascimento olan Pele 812 rəsmi matçda 757 qol vuraraq dünya futbol tarixinin bombardiri olub. O, eyni zamanda üç dəfə dünya Kubokunu qazanan yeganə oyunçu idi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu