Pelenin müalicəsi xəstəxanada davam edir


Braziliyanın əfsanəvi futbolçusu Pele bağırsaq xərçənginin müalicəsi səbəbindən xəstəxanada müşahidə altında saxlanılır.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, son illərdə səhhətində yaranan problemlərlə gündəmdə olan 82 yaşlı Pelenin keçən il götürülən şişdən sonra Braziliyanın San Paulo şəhərindəki Albert Eynşteyn Xəstəxanasında müalicəsi davam edir.

Braziliya mətbuatında qızı Kely Nascimento keçmiş ulduz futbolçunun bədənindəki şişliklər və ürək problemləri səbəbiylə xəstəxanaya yerləşdirildiyi və səhhətinin ağır olduğu ilə bağlı iddiaları təkzib edib.

Xatırladaq ki, Pele son illər böyrək və prostat vəzində problem olduğu üçün dəfələrlə xəstəxanaya yerləşdirilib.

Futbol tarixinin ən yaxşıları arasında göstərilən Pele, FİFA Dünya Kubokunu 3 dəfə (1958, 1962, 1970) qazanan yeganə oyunçudur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu