“Hər şeyə görə sağ olun!” – Pele xəstəxanadan dünyaya müraciət etdi


San -Paulu xəstəxanasında müalicə olunan əfsanəvi futbolçu Pele şənbə günü yaydığı açıqlamada bəyan edib ki, o gücldür və dünya çempionatında Braziliyanın oyunları ona enerji verib.


Azpost.info bildirir ki, Pele bu barədə özünün İnstagram səhifəsində yazıb.
“Əziz dostlar, istəyirəm ki, hamınız rahat və pozitiv olasınız. Mən güclüyəm. Böyük ümidlərim var. Adi qaydada öz müalicəmlə məşğulam. Həkim və bütün tibb personalına təşəkkür edirəm. Mən Allaha inanıram. Bütün dünyadan aldığım hər bir mesaj mənə güc verir. Bir də Braziliyanın çempionatdakı oyununa baxmaq! Hər şeyə görə minnətdaram!”-deyə Pele yazıb.
82 yaşlı əfsanəvi futbolçu cərşənbə axşamından xəstəxanaya yerləşdirilib. Peleyə respetor infeksiya diqanozu qoyulub. Həkimlər bildiriblər ki, o müalicə kursu keçir və vəziyyəti sabitdir.
Şənbə günü xəstəxanadan verilən bəyanatda deyilir ki, Pele reseptor infeksiyasının müalicəsinə yaxşı reaksiya verib.
Son 24 saatda onun vəziyyəti pisləşməyib.
2021-ci ilin sentyabrında Pele əməliyyat olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu