Nyu-Yorkda miqrant aksiyasında 65 nəfər saxlanıldı


Nyu-Yorkda Göç və Gömrük Mühafizə İdarəsi (ICE) tərəfindən saxlanılan qeyri-qanuni miqrantlara dəstək məqsədilə keçirilən etiraz aksiyalarında 65 nəfər həbs olunub.



New York Post qəzetinin xəbərinə görə, minlərlə insan ICE-in şəhər boyu və ölkə miqyasında apardığı deportasiya tədbirlərinə etiraz etmək üçün Manhattanın Lower Manhattan bölgəsində yerləşən Foley Meydanında toplaşıb.



Etirazçılar "ICE-i ləğv edin" və "ICE, Nyu-Yorkdan rədd ol!" kimi şüarlar yazılmış plakatlarla çıxış edərək "Kərpic-kərpic, divar-divar, bu irqçi sistem dağılmalıdır!" şüarları səsləndiriblər və Federal Plaza ətrafındakı yolları bağlayaraq irəliləyiblər.



Nyu-Yorkda etirazların axşam saatlarında nəzarətdən çıxması nəticəsində polis və nümayişçilər arasında ciddi qarşıdurmalar yaşanıb. Etirazçılar polislərə su şüşələri və müxtəlif əşyalar atıblar, polis isə onlara bibər qazı ilə müdaxilə edib.



Hadisələr zamanı saxlanılan 65 nəfərin ictimai asayişi pozma ittihamı ilə qarşılaşdığı və saxlanılanların sayının arta biləcəyi bildirilib.



Nyu-Yorkda keçirilən genişmiqyaslı etiraz aksiyaları San-Fransisko, SietlÇikaqo kimi digər böyük şəhərlərdəki bənzər nümayişlərlə eyni vaxtda baş tutub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu