Tibb tarixində bir ilk: Böyrəkləri qoruyacaq MikroRNA tapıldı


Kanadadakı Montreal Universiteti Xəstəxana Araşdırma Mərkəzinin (CRCHUM) alimləri dünyada ilk dəfə böyrəklərdəki incə damarları qorumaq qabiliyyətinə malik bir mikroRNA müəyyən ediblər. Bu kəşf xroniki böyrək xəstəliyinin erkən diaqnozu və müalicəsi üçün mühüm bir addım hesab olunur.

Tədqiqatçılar miR-423-5p adlanan bu mikroRNA-nın böyrəklərin mikrodamar sağlamlığını qan nümunələri vasitəsilə qiymətləndirmək üçün güclü bir biyomarker olduğunu ortaya qoyublar.

Əvvəl siçanlarda, sonra isə 51 böyrək transplantasiyası almış xəstədə aparılan araşdırmalarda bu molekulun damar sağlamlığını əks etdirdiyi müşahidə olunub.

Daha əhəmiyyətlisi, böyrəyi zədələnmiş siçanlara miR-423-5p inyeksiya edildikdə, kiçik damarların qorunduğu və böyrək zədəsinin məhdudlaşdırıldığı qeydə alınıb.

Orqan transplantasiyaları və qan dövranının müvəqqəti dayandırıldığı ürək-damar cərrahiyyəsi əməliyyatlarında bu test sayəsində damar sağlamlığı erkən mərhələdə qiymətləndirilə biləcək.

Xüsusilə yaşlı, böyrək transplantasiyası keçirmiş və ya yüksək risk qrupuna aid xəstələrin daha effektiv izlənməsinə imkan yaradacaq.

Tədqiqatçılar yalnız birbaşa inyeksiya ilə deyil, bu mikroRNA-nı böyrəyə çatdıra biləcək alternativ metodlar üzərində də işləyirlər.

Bu kəşf yalnız böyrək xəstələri üçün deyil, həm də ürək, ağciyər və neyrodegenerativ xəstəliklərdə faydalı ola bilər. Belə ki, bu xəstəliklərin bir çoxunda kiçik damar itkisi xəstəliyin irəliləməsində mühüm rol oynayır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu