"Ford" ABŞ-da 115 mindən çox avtomobili geri çağırır
ABŞ-ın avtomobil istehsalçısı "Ford" ölkədə 115,5 min avtomobili geri çağırır. Səbəb sükan idarəetmə sistemində yaranmış nasazlıqdır.
AFN.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsinin məlumatına istinad edib.
Bildirilir ki, geri çağırılma 2020–2021-ci illərdə istehsal olunmuş F-250, F-350 və F-450 pikap modellərinə aiddir: "Sükan kolonkasının yuxarı oxunda yaranmış texniki qüsur nəticəsində detalların ayrılması və avtomobil üzərində idarəetmənin itirilməsi riski mövcuddur".
"Ford" şirkətindən bildirilib ki, sözügedən avtomobillərin sahibləri üçün dilerlər ödənişsiz şəkildə nasaz detalların təmiri və ya dəyişdirilməsini həyata keçirəcək.


