Toyota 580 mindən çox avtomobili geri çağırıb


Toyota Motor 580 mindən çox avtomobili dayanacaq əyləcindəki quraşdırma səhvləri və ön şüşədən su sızması səbəbindən geri çağırıb.



Yaponiyanın ictimai yayımı NHK-nın məlumatına görə, Toyota Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyinə (MLIT) geri çağırma bildirişi göndərib.

Bildiriş 2015-ci ilin mayından 2023-cü ilin martına qədər istehsal olunmuş “Sienta” və “Japan Taxi” modellərinin 580 mindən çox avtomobilini əhatə edir.

Sözügedən modellərdə boltların dayanacaq əyləci pedalına möhkəm bərkidilmədiyi və bunun boltların boşalıb yerə düşməsinə səbəb ola biləcəyi bildirilib.

Bildirilib ki, nasazlıq park əyləcinin düzgün işə salınmasının qarşısını almaq və əyləcin hər zaman aktiv qalması da daxil olmaqla risklər daşıyır. Digər nasazlıq isə ön şüşənin relslərindən yağış suyunu sızdıra, islanacaq kabellər isə elektrik sürüşmə qapılarının açılmasına səbəb ola bilər.

Toyota geri çağırılan avtomobillərin ölkə daxilindəki dilerlərdə pulsuz texniki baxışdan keçiriləcəyini və zəruri hallarda hissələrin dəyişdiriləcəyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu