"Toyota"nın tədarükçü zavodunda partlayış: işlər dayandırılıb


Yaponiyanın ən böyük avtomobil istehsalçısı olan "Toyota Motor Co." tədarükçü "Chuo Spring"də qəzaya görə iki montaj zavodunda üç xətti dayandırıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda şirkətin sözçüsü bildirib. Onun sözlərinə görə, oktyabrın 16-da Yaponiyanın Fujioka şəhərində mühərriklər və klapanlar üçün yaylar istehsal edən zavodda partlayış baş verib. "Chuo Spring"də baş verən bu hadisə "Toyota Auto Body" və "Toyota Industries" şirkətlərində bəzi istehsal dayanmalarına səbəb olub.

"Chuo Spring" sözçüsü Fujioka zavodunun binasında partlayışla nəticələnən qəzanın bazar ertəsi PT 12:15 radələrində baş verdiyini və obyektə ziyan vurduğunu söylədi. Polis və yanğınsöndürənlər hadisə ilə bağlı araşdırma aparır.

Qəza "Toyota Alphard" kimi minivenlərin, eləcə də bəzi "Land Cruiser" modellərinin, o cümlədən xarici bazarlar üçün istehsalına təsir göstərərək, üç "Toyota Auto Body" zavodunda beş xəttin hamısında istehsalın dayanmasına səbəb olub.

Şirkət istehsalı bərpa edib-etməmək barədə qərarı bu gün verəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu