"Toyota" apreldə şirkət tarixində rekord sayda avtomobil istehsal edib
"Toyota Motors" aprel ayında şirkət tarixində rekord sayda avtomobil istehsal edib.
AFN.az şirkətin mətbuat xidmətinin açıqladığı rəqəmlərə istinadən bildiri ki, ümumilikdə, ötən ay "Toyota"nın konveyer xətlərini 787,8 min avtomobil tərk edib ki, bu da 2022-ci ilin aprel ayının yekunu ilə müqayisədə 13,8% çoxdur. Xüsusilə istehsalın həcmi 119% artması şirkətin Hindistan müəssisələri tərəfindən qeyd olunub. Yapon şirkətinin Çindəki konveyerləri də daha az təsir edici nəticələr nümayiş etdirib - 51,9% artım.
Bundan əlavə, "Toyota"nın Avropadakı zavodlarında istehsal həcmi 19,3% artıb. Şimali Amerika və Meksikadakı müəssisələr də müsbət dinamika nümayiş etdirib, istehsal 6% artıb.
Baharın ikinci ayı ərzində "Toyota Motors" demək olar ki, 801 min avtomobil satıb - bu göstərici də 2022-ci ilin aprel ayı ilə müqayisədə 4,9% faiz əlavə edib. "Toyota" satışlarında ən çox artım Çində qeydə alınıb - 162,6 min avtomobil, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 46,3%, eləcə də Yaponiyada 21,5% artımla 125,3 min avtomobildir.
Yapon şirkətinin tarixində ilk dəfə olaraq satılan elektrik avtomobillərinin payı 1%-i keçərək 8584 elektrik avtomobili təşkil edib.